Ədliyyə Nazirliyinin vəzifələri azaldılıb – Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr
tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 23
dekabr tarixli 1173 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə fərman imzalayıb.

Fərmana əsasən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”nin 9.23-1-ci bəndi ləğv edilir.

9.23-1-ci bəndi Ədliyyə Nazirliyinin aşağıdakı vəzifəsini
nəzərdə tuturdu:

vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron
hərracda və ya satışı elektron şəkildə həyata keçirən ticarət
şəbəkələrində satışı ilə bağlı zəruri məlumatlandırma işlərinin
aparılmasını, satışa çıxarılan əmlakın aktual elektron bazasının
yaradılmasını təmin etmək, habelə vergi ödəyicisinin siyahıya
alınmış əmlakının satışından əldə olunan vəsait barədə, eləcə də
siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və
ya ticarət şəbəkələrində (o cümlədən satışı elektron şəkildə həyata
keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurlarının
sifarişləri barədə rüblük məlumatı hər rüb başa çatdıqdan sonra,
növbəti ayın 20-dən gec olmayaraq, Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə onun müəyyən etdiyi formada təqdim etmək
vəzifəsini nəzərdə tuturdu.

Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Teqlər: