Türkiyə NATO-nun görüş təklifini qəbul etdi

Türkiyə NATO-nun görüş təklifini qəbul etdi

Sabah Madriddə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbinə Türkiyənin etirazı ilə bağlı dördtərəfli sammit keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələdar İdarəsinin rəhbəri İbrahim Kalın məlumat yayıb.

Sammitdə Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin xarici işlər naziri Ann Linde Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Danışıqlar artıq müəyyən qədər irəliləyib və buradan bir addım da geri çəkilmək mümkün deyil. NATO Baş katibinin xahişi ilə sabah zirvə toplantısı keçiriləcək. Bizim bu sammitdə iştirak etməyimiz mövqeyimizdən geri çəkildiyimiz mənasına gəlmir. Biz sadəcə danışıqlar aparırıq. Mən qarşı tərəfdəki həmkarlarıma da bildirmişəm ki, 200 illik tərəfsizlik siyasətinizdən imtina edib hərbi ittifaqla ayaqlaşmaq üçün çox ciddi dəyişiklik etməli olacaqsız. Biz həmçinin İsveç və Finlandiyanın PKK, PYD, YPG kimi strukturlara qarşı açıq və birmənalı mövqe tutmasını istəyirik. Bura Suriyadakı PYD və YPG ilə əlaqələr də daxildir”, – Kalın bildirib.

Teqlər: