Türkiyə MN-dən Ermənistana çağırış!

Türkiyə MN-dən Ermənistana çağırış!

Ermənistanın Cənubi Qafqazdakı sabitlik üçün Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk həftəlik hesabatda deyib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olnuması üçün səmimi səylərini davam etdirir:

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində onların yanında olmağa davam edəcəyik”.

Həmçinin, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin mina və partlamamış sursatlardan təmizlənməsi istiqamətində dəstəklərini davam etdirir.

Teqlər: