Türkiyə Milli Təhlükəsizlik Şurası NATO-nun genişlənməsi, Ukrayna, İraq və Yunanıstanı müzakirə edəcək

Türkiyə Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Tayyib
Ərdoğanın sədrliyi ilə mayın 26-da keçiriləcək iclasda Finlandiya
və İsveçin NATO-ya üzv olmaq üçün müraciətləri, İraqın şimalındakı “Pençe-Kilit” antiterror əməliyyatı zonasındakı vəziyyəti müzakirə
edəcək.

AzerTimes-ın
məlumatına görə, iclas zamanı, həmçinin qonşu Yunanıstan tərəfindən
hərbi arsenalın gücləndirilməsi də müzakirə olunacaq.

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin əvvəlindən bu yana
üçüncü iclası zamanı Ankaranı maraqlandıran digər mövzulara, o
cümlədən Ukrayna ilə Rusiya arasında müharibə mövzusuna
toxunulacaq. Qara dənizin şimalındakı vəziyyət kontekstində
Türkiyənin Ukrayna ətrafında sülh təşəbbüsləri, vasitəçilik
təşəbbüsləri, humanitar yardım göndərilməsi və uzunmüddətli
atəşkəsə nail olmaq səyləri barədə fikir mübadiləsi aparılacaq.

Şura üzvləri, həmçinin Türkiyənin cənub sərhədləri yaxınlığında
təhlükəsizlik zonasının formalaşdırılması istiqamətində atılan
addımları, o cümlədən antiterror əməliyyatlarının aparılmasını
müzakirə edəcəklər.

.