Türkiyə məşhur Vitya Panı Rusiyaya göndərir

Türkiyə məşhur Vitya Panı Rusiyaya göndərir

Türkiyə İnterpol tərəfindən axtarışda olan, kriminal dairələrdə “Vitya Pan” ləqəbi ilə tanınan Viktor Panyuşini Rusiyaya ekstradisiya edir.

AzerTimes xəbər verir ki, “Habertürk” cinayətkarın Şimali Kiprdə (Kuzey Kıbrıs) saxlanıldığını bildirib.

Rusiyada adam öldürmək də daxil olmaqla, 9 ağır cinayətdə təqsirli bilinən Vitya Pan Ukraynaya qaçaraq, başqa soyad və doğum tarixi ilə bu ölkənin pasportunu alıb. Keçən ilin mayında o, Ukrayna pasportu ilə Şimali Kiprdə oteldə qalıb. 2023-cü ilin əvvəlində Panyuşin yenidən Ukrayna pasportu ilə Şimali Kiprə gəlib, iyun ayında saxta pasporta görə saxlanılıb.

Məlumatda qeyd edilib ki, prosedurlar başa çatdıqdan sonra Vitya Pan Türkiyəyə göndəriləcək, oradan isə Rusiyaya ekstradisiya olunacaq.

Teqlər: