Türkiyə Kosova və Metohiyadakı NATO kontingentinə komandanlığı üzərinə götürəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Türkiyə rəsmilərinə istinadla məlumat yayıb.
“Bölgədə son on ilin ən şiddətli toqquşmalarından sonra Alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyənin oktyabrda NATO-nun Balkanlarda əvvəllər İtaliyanın rəhbərlik etdiyi missiyasını öz üzərinə götürməsi gözlənilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Kosovada yaşanan hadisələrə görə NATO-nun tələbi əsasında Türkiyə ordusunun 65-ci mexanikləşdirilmiş piyada briqada komandanlığına tabe 1 komando tağımının bölgəyə göndərilməsinə qərar verilib.