Rəisidən tələb: Türk Ədəbiyyatı Fondu yaradılsın!

Rəisidən tələb: Türk Ədəbiyyatı Fondu yaradılsın!

İbrahim Rəisinin Təbrizə iki günlük səfəri zamanı keçirdiyi görüşdə bir qrup ədəbiyyatçı Türk Ədəbiyyatı Fondunun yaradılmasını istəyib.

AzerTimes xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Məlumata görə, ədəbiyyatçı Cəmşid Əlizadə bir qrup azərbaycanlı yazıçı və mədəniyyət xadimi adından İran prezidentindən bunu tələb edib:

“Cənab Rəisi, İran Türk Ədəbiyyatı Fondunu yaradın, çünki onun təsirləri mütləq bu yaxınlarda nümayiş etdirilən “Fəttah” raketindən az deyil. Türk dili və ədəbiyyatına dəyər verməklə bu gün cəmiyyətimizin üzləşdiyi bir çox problem həllini tapacaq”.

Qeyd edək ki, bundan öncə prezident seçkisi kampaniyası zamanı İbrahim Rəisi də, öncəki prezidentlər kimi, Azərbaycan Dili Akademiyasının yaradılması, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına diqqət ayrılması barədə vədlər vermişdi.

Teqlər: