Türkiyə ixracatı 252,2 milyarda çatdı – Ərdoğan

Türkiyə ixracatı 252,2 milyarda çatdı – Ərdoğan

Qlobal problemlərə baxmayaraq, ötən il Türkiyənin ixracatı 2021-ci illə müqayisədə 12,9 faiz artaraq 252,2 milyard dollara çatıb.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, istehsalın və ixracın artmasına həyata keçirilən düzgün siyasət nəticəsində nail olunub:

“İyirmi il əvvəl Türkiyənin ixracatı cəmi 36 milyard dollar idi. Hazırda bu rəqəm 7 dəfə artıb. Hədəfimiz Türkiyəni dünyanın ən böyük 10 ixracatçı ölkəsi sırasına daxil etməkdir”.

Teqlər: