Türkiyə İsveçin NATO-ya daxil olmasını istəyir

Türkiyə İsveçin NATO-ya daxil olmasını istəyir

Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı tələblərini yerinə yetirməyə hazır olduğuna daha çox əmindir.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” Türkiyədəki rəsmilərə istinadən məlumat yayıb.

“İsveçin Baş naziri Ulf Kristersson bu gün Ankaraya gələcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətinin ratifikasiyası ilə bağlı danışıqlar aparacaq”, – məlumatda deyilib.

Qeyd edək ki, İsveçin baş naziri daha əvvəl Stokholmun PKK ilə əlaqəsi olan təşkilatlarla əməkdaşlıq etməyəcəyini demişdi.

Mənbələrin məlumatına görə, bütün bu tədbirlər İsveçin NATO-ya daxil olmasından sonra da qüvvədə qalmalıdır.

Teqlər: