Türkiyə İsveçdə Quranın təhqir edilməsini pisləyib

Ankara İsveçdə sağçı ekstremistlər tərəfindən Quranın
yandırılması hadisəsini qətiyyətlə pisləyir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
bildirib.

“İsveçdə kitabımız “Qurani-Kərimə” qarşı nalayiq hücumlar
keçmişdən dərs alınmadığını, anti-islam və irqçi təxribatların
qarşısının alınmasında hələ də istəksiz olduğunu, söz azadlığı
bəhanəsi ilə nifrət zəminində cinayətlərə açıq şəkildə göz
yumulduğunu göstərdi”, – deyə qeyd olunub.

Nazirlik, həmçinin Ramazan ayı ərzində dünyanın müxtəlif
bölgələrində İslama, müsəlmanlara, Qurana və ibadət yerlərinə qarşı
qeydə alınan hücum və təxribatları kəskin tənqid edib:

“Bu çərçivədə bütün ölkələri və beynəlxalq təşkilatları
islamafobiya və irqçiliyə qarşı lazımi tədbirlər görməyə çağırırıq.
Ankara bu cür təhdidlərə qarşı ən qısa zamanda təsirli və
çəkindirici tədbirlərin görülməsini, həmçinin günahkarların
məsuliyyətə cəlb edilməsini gözləyir”.

Xatırladaq ki, İsveçin Linköpinq şəhərində şəhərində bir neçə
şəxs “Qurani-Kərim”i yandırıb.