Türkiyə İsraillə ticarətin bərpası üçün şərtlərini açıqladı

Türkiyə İsraillə ticarətin bərpası üçün şərtlərini açıqladı

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat X hesabında yazıb.

“Bunun üçün İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır. Ankaranın bununla bağlı qərarı qətidir və ticarət əlaqələrinin bərpasına dair iddialar həqiqətə uyğun deyil”, – nazir bildirib.

Qeyd edək ki, Türkiyə mayın 2-də İsraillə ticarət əlaqələrini kəsdiyini bəyan edib.

Teqlər: