Türkiyə İraqın şimalında əməliyyat keçirdi: Terrorçular zərərsizləşdirildi

Xəbər - Orxan Nəbiyev -Trend:

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

AzerTimes-ın məlumatına görə, əməliyyat zamanı Kandil dağlarındakı PKK mövqelərinə aviazərbələr endirilib.

Zərbələr nəticəsində 10 PKK terrorçusu zərərsizləşdirilib.


İraqın şimalında antiterror əməliyyatları davam etdirilir.