Türkiyə İraqda terrorçuların mövqelərini PUA-larla vurub (VİDEO)

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında davam etdirdiyi “Pəncə Kilid” antiterror əməliyyatında 18 PKK mənsubunu
zərərsizləşdirib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunur ki, terrorçuların mövqeləri pilotsuz uçuş aparatları
(PUA) vasitəsilə vurulub.

Bölgədə antiterror əməliyyatı davam edir.

Xatırladaq ki, İraqın şimalında “Pəncə Kilid” əməliyyatı
avqustun 18-dən etibarən başlayıb.