Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü

Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələrində həyata keçirilib:

“Hava əməliyyatı zamanı 17 terrorçu məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib”.

Qeyd edək ki, bu gün türk ordusu Suriyanın şimalında da əməliyyat keçirib, nəticədə 3 terrorçu məhv edilib.

Teqlər: