“Türkiyə”: İran Qarabağa 4000 silahlı göndərməyi planlaşdırır

“Türkiyə”: İran Qarabağa 4000 silahlı göndərməyi planlaşdırır

Tehran may ayınadək SEPAH və şiə milislərdən təşkil olunan dörd min nəfərlik silahlını Qarabağa daşımağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu sensasional iddia “Türkiyə” qəzetində nəşr edilən Yılmaz Bilgənin “İran Qarabağı ikinci Suriyaya çevirmək istəyir” adlı məqaləsində qeyd edilib.

Məqalədə artıq Qüds Qüvvələri komandanı general İsmayıl Qaaninin hazırlıq məqsədilə bir sıra görüşlər keçirdiyi vurğulanıb:

“Ermənistanın təhlükəsizliyini əsas prioritet və İrəvanı da qardaş elan edən İran rejimi Qarabağı Suriyaya çevirməyi planlaşdırır. Tehranın gündəliyində SEPAH və şiə milislərdən təşkil olunan 4000 nəfərlik silahlı qüvvəni Qarabağa daşımaq məsələsi var. Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani bu məqsədlə fevral ayında İraq və Suriyaya səfər edib. İranlı general qaynar nöqtələrdəki “Asaib Əhlil Haqq”, “Hərəkat ən-Nücəba” və Hizbullah kimi şiə qruplarının başçılarına təlim keçmiş və döyüş təcrübəsi olan 4000 xüsusi seçilmiş döyüşçü hazırlamağı tapşırıb”.

Teqlər: