Türkiyə ilə elə silahların üzərində çalışırıq ki…

Türkiyə ilə elə silahların üzərində çalışırıq ki…

Dünyada ən güclü silahlar həm Türkiyə, həm də İsraildə hazırlanır. Türkiyə, İsrail və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq prioritet istiqamətlərimizdəndir.

AzerTimes xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və “Securex Caspian” sərgilərinin açılış mərasimində müdafiə sənayesi naziri Mədət Quliyev jurnalistlərə müsahibəsində söyləyib.

“Bu gün Azərbaycan Türkiyə ilə birlikdə elə silahların üzərində çalışır ki, onların istifadəsi 10-20 ildən sonra nəzərdə tutulur. Hazırda genişmiqyaslı addımlar atılır ki, mən hansısa konkret bir silah növündən danışa bilmərəm. Çünki şirkətlər çoxdur, biz onlarla bir yerdə işləyirik. Burada 200-dən çox şirkət iştirak edir”, – deyə nazir qeyd edib.

Teqlər: