Türkiyə ilə Azərbaycan müttəfiqlik münasibəti hər zaman yüksək olub – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkiyə ilə Azərbaycan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq
və nəhayət müttəfiqlik münasibəti hər zaman yüksək olub.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında
deyib.

Nazir bildirib ki, 44 günlük vətən müharibəsi iki ölkə arasında
qardaşlığın təzahürü oldu.

“Bu müddət ərzində Türkiyənin Azərbaycana siyasi və mənəvi
dəstəyi çox önəmli oldu”, – deyə nazir bildirib.

Teqlər: