Türkiyə ilə ABŞ arasında kritik telefon əlaqəsi

Türkiyə ilə ABŞ arasında kritik telefon əlaqəsi

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq, Ukraynadakı müharibə və digər regional məsələlər müzakirə edilib.

Kalın Sallivana F-16 qırıcılarının alınması ilə bağlı sorğunun ABŞ Konqresinin təsdiqləməsi prosesinin qeyd-şərtsiz başa çatması ilə bağlı Türkiyənin gözləntilərini çatdırıb.

Türkiyənin Egey və Aralıq dənizlərində qanuni hüquq və maraqlarını müdafiə etməkdən çəkinməyəcəyi də vurğulanıb.

Teqlər: