Türkiyə 2024-cü ildə müdafiə sahəsinə 40 milyard dollar ayıracaq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti Cövdət Yılmaz deyib.
Onun sözlərinə görə, bu rəqəm ötənilki büdcə ilə müqayisədə 150 faiz çoxdur. Ötən il Türkiyə müdafiə və təhlükəsilik sahəsinə 16 milyard dollar ayırmışdı.
Yılmaz bildirib ki, Türkiyə büdcəsini artırmaqla yanaşı, bu yaxınlarda təqdim edilən “12-ci İnkişaf Planı”na əsasən, 2024-2028-ci illər ərzində həyata keçiriləcək siyasət və tədbirlər vasitəsilə müdafiə və aerokosmik sənayedə ixracı, məşğulluğu və lokalizasiyanı stimullaşdırmağı hədəfləyir:
“Müdafiə sənayesinin ixracı 6 milyard dollardan 11 milyard dollara, müdafiə sənayesinin özünü təminetmə səviyyəsi isə 80 faizdən 85 faizə yüksələcək”.