Kəşfiyyat araşdırdı: Qəzzada xəstəxananı onlar vurub

Kəşfiyyat araşdırdı: Qəzzada xəstəxananı onlar vurub

ABŞ Senatının Kəşfiyyat Komitəsi Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı Amerika kəşfiyyat məlumatlarını araşdırıb və bunun İsrail ordusu tərəfindən deyil, silahlılar tərəfindən həyata keçirildiyi qənaətinə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə komitənin sədr müavini Marko Rubio deyib.

“Senatın Kəşfiyyat Komitəsi Qəzzada Əl-Əhli xəstəxanasına hücumla bağlı kəşfiyyat məlumatlarını qəbul edib və nəzərdən keçirib. Bu məlumata əsasən, əminliklə deyə bilərik ki, partlayış İsrailin hava hücumu nəticəsində deyil, terrorçu yaraqlılar tərəfindən uğursuz raket buraxılışının nəticəsidir”, – o bildirib.

Teqlər: