Türkiyə, Fransa və İtaliya hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı ilə bağlı danışıqlar aparır – Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti və İtaliyanın
baş naziri arasında danışıqlardan bəhs edib.

AzerTimes-ın
məlumatına görə, o bildirib ki, prezidentlər “SAMP-T” hava
hücumundan müdafiə sistemlərinin birgə istehsalını müzakirə
ediblər.

M.Çavuşoğlu Qətərin paytaxtı Dohada keçirilən “Newsmaker”
forumuna qatılaraq jurnalistlərin suallarını cavablandırıb.

Əlavə “S-400” sistemlərinin alınması ilə bağlı suala nazir cavab
verib ki, bu sistemlərin alınması ilə bağlı sövdələşmə
tamamlanıb.

Nazirə ABŞ-ın “S-400” sistemlərinin Ukraynaya təhvil verilməsi
təklifi ilə bağlı sualı cavablandıran M.Çavuşoğlu, bu məsələnin
müzakirə olunmadığını və gündəmdə olmadığını bildirib.

Nazir təbii qaz təchizatından asılılıq məsələsinə toxunaraq qeyd
edib ki, 4 il əvvəl bu rəqəm 51% idisə, bu gün 40% təşkil edir.

Nazir vurğulayıb ki, Türkiyə hərbi sənayenin ehtiyaclarının
70%-dən çoxunu təkbaşına istehsal edir.

O əlavə edib ki, hazırda Türkiyə, Fransa və İtaliyanın birgə
səyləri ilə “SAMP-T” hava hücumundan müdafiə sistemlərinin
istehsalı ilə bağlı intensiv danışıqlar aparılır.

Teqlər: