Türkiyə əsgərlərini Əfqanıstandan gətirən təyyarə Ankaraya enib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə sülhməramlılarının ilk qrupunu Əfqanıstandan gətirən təyyarə Ankarada eniş edib.

AzerTimes-ın məlumatına görə, təyyarə 345 nəfərdən ibarət şəxsi heyəti Esenboğa hava limanına çatdırıb.

Qeyd edək ki, ötən gün türkiyəli hərbçilərin 36 saat ərzində Əfqanıstandan çıxarılacağı bildirilmişdi.


Bu gün milli müdafiə naziri Hulusi Akar təxliyə prosesinin qısa zamanda başa çatdırılacağını vurğulayıb.

Teqlər: