Türkiyə Ermənistan şirkətinə niyə hava məkanını bağlayıb?

Türkiyə Ermənistan şirkətinə niyə hava məkanını bağlayıb?

Ötən gün Türkiyənin “FlyOne Ermənistan” şirkətinin təyyarələrinə hava məkanını bağladığı üçün Parisdən glən təyyarə Kişinyova məcburi eniş etmişdi. Daha sonra təyyarə 4 saatlıq gecikmə ilə İrəvana gələ bilib.

AzerTimes xəbər verir ki, indiyə qədər “FlyOne Ermənistan” Türkiyənin hava məkanını niyə bu şirkət üçün bağladığına aydınlıq gətirməyib. Şirkətin rəhbəri Aram Ananyan da mediaya açıqlamasında bu sualı cavablandırmayıb, yalnız “sərnişinlər üçün hər şeyi etdiklərini” deyib.

RİA isə öz mənbələrinə istinadla yazıb ki, “FlyOne Ermənistan” aviaşirkətinin Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlarındakı problem İrəvandan müvafiq müraciətin olmaması ilə bağlı ola bilər.

“Ola bilsin ki, Ankara öz hava məkanından istifadə üçün müvafiq müraciət almayıb. Fakt budur ki, beynəlxalq qaydalara görə, uçuşlar həyata keçirən aviaşirkət səmasından istifadə etmək istədiyi ölkəyə ərizə ilə əvvəlcədən, uçuşdan qabaq müraciət etməlidir. Görünür, Türkiyə tərəfinə belə bir müraciət daxil olmayıb”.

Şirkətin “Türkiyə hava məkanını gözlənilmədən və əvvəlcədən elan etmədən, qəfildən” bağlaması barədə məlumata münasibətində isə mənbə bildirib ki, hava məkanının bu və ya digər səbəbdən bağlanması halında qarşı tərəf bu barədə əvvəlcədən məlumatlandırılır.

Teqlər: