Türkiyə ilə Ermənistan arasında münasibətlərin
normallaşdırılmasına dair müzakirələr davam edir.
Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin
Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib.
Onun sözlərinə görə, masada bir sıra məsələlər, həmçinin
Ermənistanın ilkin şərt olmadan da normallaşma təklifi var.
“Hazırda iki ölkə arasında çarter uçuşlar davam edir.
Normallaşma üçün atılan addımlar dərhal nəticə vermir. Bunun üçün
bir mərhələ lazımdır. Lakin tərəflərin bununla bağlı xüsusi
nümayəndə təyin etmələri ortada bir iradə olmasının göstəricisidir.
Ümid edirəm ki, qarşımızdakı dövrlərdə bunun müsbət nəticələrini
görərik”, – o deyib.
Akif Çağatay Kılıç Azərbaycanın da prosesi dəstəklədiyini ifafə
edib. Bildirib ki, Türkiyə də 30 ilə yaxın bir müddətdən sonra
torpaqlarımızın azad edilməsindən sonrakı prosesdə də Azərbaycanın
yanındadır.