Türkiyə əməliyatların yeni mərhələsini başlatdı

Türkiyə əməliyatların yeni mərhələsini başlatdı

Türkiyənin Van vilayətində “Eren Abluka” kod adlı antiterror əməliyyatlarının payız-qış mərhələsinin onuncu fazasına start verilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatın məqsədi PKK terror təşkilatının hücrə və sığınacaqlarını məhv etməkdir.

Əməliyyat Van Vilayəti Jandarma Regional İdarəsi tərəfindən 40 qrupa bölünən jandarma xüsusi təyinatlıları da daxil olmaqla, 460 hüquq-mühafizə orqanı əməkdaşının iştirakı ilə keçirilir.

Teqlər: