Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırır

2021-ci ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz artaraq 1,341 milyard dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında Türkiyə 221,791 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin iyunu ilə müqayisədə 32,6 faiz çoxdur.

Son 12 ay ərzində (iyun 2020-iyun 2021) Türkiyə 2,698 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

(Tərcümə: Orxan Nəbiyev)