Türkiyə daşqın – Ölən və itkin düşən var

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin şimalındakı Bartın vilayətində baş vermiş daşqınlar nəticəsində bir nəfər həyatının itirib, daha bir nəfər itkin düşmüş hesab edilir.

Trend-in məlumatına görə, daşqın Bartının Ulus rayonunda ciddi fəsadlar törədib.

Bartın-Karabük avtomobil yolu hərəkətə bağlanıb. Bəzi kəndlərdə dağılan evlərin qalıqları altından 20 nəfər xilas edilib.


Bəzi yaşayış məntəqələrini əlaqələndirən körpülər çöküb.