Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək – Rəcəb Tayyib Ərdoğan

Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

“Azərbaycan bütün dünyaya örnək olacaq bir inkişaf modeli ilə bu bölgəni inkişaf etdirmək üçün işlərini davam etdirir. Burada təməlini atdığımız tunellər, yollar buradakı həyatın hansı dərəcədə olduğunu göstərməsi baxımından çox önəmlidir. Türkiyə olaraq biz də bu işlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik” – deyə Türkiyə Prezidenti qeyd edib.

Teqlər: