Türkiyə bu ölkə ilə əlaqələri gücləndirir

Türkiyə bu ölkə ilə əlaqələri gücləndirir

Müsbət bir tendensiya yaxaladıq. Biz keçmişdən ibrət götürərək bu əməkdaşlığı gələcəyə doğru inkişaf etdirmək istəyirik.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Avstriya ilə münasibətlərindən danışarkən deyib.

Çavuşoğlu iki ölkə arasında təmasların liderlər səviyyəsində davam etdiyini və ortaq məsələlər üzərində işləmək prinsipi üzərində razılaşdıqlarını vurğulayıb.

“Biz çalışmalıyıq ki, ikitərəfli əlaqələrimizi hər sahədə yaxşılaşdıraq. Əməkdaşlığımızı gücləndirməliyik, – Çavuşoğlu bildirib.

Teqlər: