Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib (FOTO)

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik
etdiyi nümayəndə heyəəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək
üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli
Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və
digər rəsmi şəxslər qarşılayıblar.

Teqlər: