Türkiyə Baydenə “yox” deyəcək – Gökçə

Türkiyə Baydenə “yox” deyəcək – Gökçə

Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçiriləcək Zirvə Görüşündən əvvəl Co Baydenlə telefon danışığı apardı. Danışıq zamanı İsveçin təşkilata üzvlüyü, F-16 məsələsi, eyni zamanda Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə olundu. Danışıq zamanı və qarşıdakı iki gündə keçiriləcək toplantıda Vaşinqton üçün önəmli olan Stokholmun üzvlük məsələsidir.

Bu sözləri AzerTimes-a Vilnüs sammiti zamanı Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında keçiriləcək görüş zamanı müzakirə olunacaq məsələlər haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Ekspert Ankaranın təzyiqlər qarşısında boyun əyməyəcəyini bildirib:

“Hazırda ABŞ üzvlüyə razılıq qarşılığında F-16-ları siyasi şantaj vasitəsi kimi istifadə edir. İsveçin üzvlüyü ilə Rusiyanın Baltik dənizində çevrələnməsi və oraya həbs olunması hədəfi yerinə yetiriləcək. Ancaq digər bir məsələ ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkiləridir. Bayden bugünədək beynəlxalq səviyyədə hansısa ciddi nailiyyət əldə edə bilməyib. Bayden İsveç və Finlandiyanı NATO-ya üzv edən, eyni zamanda Ukrayna müharibəsi ilə şimalda da Rusiyanı zəiflədən bir lider kimi seçkilərə girmək istəyir. Vilnüsdə keçiriləcək görüşdə də sadaladığımız mövzular gündəmdə olacaq. Cənab Ərdoğan verdiyi açıqlamalarda İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, etibarlı bir ölkə olmadığını vurğulayıb. Fikrimcə, Zirvə Görüşündə də Türkiyə İsveçin üzvlüyünə razılıq verməyəcək. Dövlətimiz qarşı tərəfdən son bir neçə gün ərzində konkret addımlar gözləyirdi, ancaq bu da olmadı. Yəqin Bayden görüş zamanı üzvlük üçün təzyiq göstərməyə çalışacaq. İsveçin üzvlüyü ilə F-16-ların verilməsinin eyni səviyyədə məsələ olub-olmadığı haqqında da sual doğuran məqamlar var”.

O qeyd edib ki, hazırda Türkiyəyə çox böyük təzyiq var.

Teqlər: