Türkiyə Azərbaycanın haqq işinə dəstək verir – Gülər

Türkiyə Azərbaycanın haqq işinə dəstək verir – Gülər

Türkiyə Ordusu dünyada sülh və sabitliyə töhfə verir. Eynilə, Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya-Herseqovina, Qətər, Somali və bir çox başqa coğrafiyalardakı qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Milli Müdafiə Universitetində keçirilən buraxılış mərasimində deyib.

​​ “Qəhrəman ordumuz Cümhuriyyətimizin 100-cü ildönümündə terrora qarşı mübarizəsini artan şiddət və templə davam etdirəcək. Türkiyə əsrinə uyğun olaraq daha böyük və güclü Türkiyə üçün əzmlə çalışmalara davam edəcəyik”, – o qeyd edib.

Nazir vurğulayıb ki, müdafiə və təhlükəsizlik məsələlərinin hər zamankindən daha çox əhəmiyyət kəsb etdiyi bu həssas dövrdə Türkiyə Silahlı Qüvvələri Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişləri və əmrləri ilə ən əhatəli və ən təsirli fəaliyyətini həyata keçirir: “Dövlətimizin yaşaması, vətəndaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün lazım olan bütün tədbirlər görülür. Ordumuz ölkə daxilində və sərhəddən kənarda sərhədlərimizin təhlükəsizliyini ən gərgin və təsirli tədbirlərlə təmin edir, Vətənimizdə hüquq və mənafelərimizin qorunmasını həyata keçirir. Eynilə, Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya-Herseqovina, Qətər, Somali və bir çox başqa coğrafiyalardakı qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir”.

Teqlər: