Türkiyə-Azərbaycan münasibətlərinin təməli bizə Heydər Əliyevdən miras qalıb – Cahit Bağçı

Türkiyə-Azərbaycan münasibətlərinin təməli bizə Heydər Əliyevdən
miras qalıb

Trend-in məlumatına görə, bunu Türkiyənin
Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında
bildirib.

“Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin
anadan olmasının ildönümündə məzarını ziyarət edərək ehtiramla yad
etdik. Heydər Əliyev “Bir millət, iki dövlət ” anlayışının
memarıdır. Bu gün Türkiyə və Azərbaycan münasibətləri bu anlayış
üzərindən müttəfiqlik səviyyəsinə çatıb. İkincisi isə Heydər Əliyev “Əsrin müqaviləsi” ilə Azərbaycanı qərblə güclü bir şəkildə
bağlayıb. İki dövlətin münasibətlərinin təməli bizə Heydər
Əliyevdən miras qalıb”, – deyə səfir əlavə edib.

Teqlər: