Türkiyə-Azərbaycan münasibətləri köklü bir tarixə sahibdir – Türkiyəli tədqiqatçı

Türkiyə-Azərbaycan münasibətlərinin köklü bir tarixə sahib
olması ilə yanaşı, son illərdə xüsusən də İkinci Qarabağ
müharibəsində Azərbaycanın zəfər qazanması ilə çox fərqli bir
mərhələyə keçid etdiyini gördük.

Bu barədə Trend-in suallarını cavablayarkən Şanxay
Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan
Yeniacun deyib.

O qeyd edib ki, iki ayrı, müstəqil dövlət, fərqli metodlarla
xarici siyasət yürütsələr də, məqsəd və amal eynidir.

“Bu münasibətlər yalnız İkinci Qarabağ müharibəsi və sonrasında
olanlarla məhdudlaşmır. Cənubi Qafqazda qətiyyətlilik, Ukrayna
mövzusunda həm Azərbaycanın, həm də Türkiyənin tutduqları mövqe
eynilik təşkil edir. Bu ortaq siyasətin ən önəmli nümunəsindən biri
də Şuşa bəyənnaməsidir. Bu bəyənnamə ilə həm Azərbaycan, həm də
Türkiyə hərbi, siyasi, iqtisadi, diplomatik əməkdaşlığı daha da
genişləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan arasında yenidən bir görüşün gerçəkləşdirilməsi isə
bu əməkdaşlığın çox sağlam bir şəkildə davam etdiyinin
göstəricisidir”, -deyə o əlavə edib.

Teqlər: