Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq

Xəbər - Çingiz Səfərli – Trend:

Türkiyə Azərbaycan birgə ali təhsil müəssisəsinin yaradılması istiqamətində işlərə başlanılıb.

AzerTimes xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr aparılır.

“Ümid edirəm ki, qısa zamanda bu layihənin uğurla həyata keçirilməsini təmin edəcəyik. Ölkələrimiz arasında ali təhsil sahəsindəki əməkdaşlığımız yeni bir mərhələyə qədəm qoyacaq” – deyə, nazir bildirib.

Twitter: @cingizsafarli

Teqlər: