Türkiyə “Atmaca”nı uğurla sınaqdan keçirdi

Türkiyə “Atmaca”nı uğurla sınaqdan keçirdi

Türkiyə Prezidenti Administrasiyasının nəzdindəki Müdafiə Sənayesi İdarəsi yerli mühərrikli yüksək dəqiqliyə malik “Atmaca” (“Şahin”) raketinin uğurla sınaqdan keçirildiyini elan edib.

AzerTimes xəbər verir ki, “Kale Ar-Ge” Mərkəzinin TJ-3200 turbojet mühərriki ilə təchiz edilmiş raket hədəfi dəqiqliklə vura bilib.

Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, raket sınaqlarına töhfə verən şirkətləri təbrik edərək, idxalın yerli məhsulla əvəz edilməsinin Türkiyənin maraqları üçün əhəmiyyətli olduğunu vurğulayıb.

“Yerli mühərriklərlə təchiz edilmiş hərbi təyinatlı qurğularımız daha səmərəli olur. Türkiyənin hərbi-sənaye kompleksi idxal asılılığından tamamilə imtina etmək məqsədinə yaxınlaşır. Bütün bunlar döyüş meydanında qaydaların dəyişməsinə səbəb olacaq” – Görgün bildirib.

“Roketsan” şirkətinin mütəxəssisləri tərəfindən yaradılan yüksək dəqiqlikli “Atmaca” anti-gəmi raketi 220 km məsafədə hədəfi vura bilir.

220 kq-lıq döyüş başlığı olan “Atmaca” raketi korvetlərdə, friqatlarda və esmineslərdə də quraşdırıla bilər.

Teqlər: