Türkiyə 7 ildə 35 mindən çox terrorçunu məhv etdi

Türkiyə 7 ildə 35 mindən çox terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri son 7 ildə 35 min 268 terrorçu zərərsizləşdirib.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi rəhbərlərlə birgə sərhəd xəttində yoxlamalar zamanı bildirib.

“2015-ci il iyulun 24-dən bu günə qədər 35 min 268 terrorçu, Suiyanın və İraqın şimalında isə bu il başlayandan indiyədək 1 999, Pençe-Kilit antiterror əməliyyatı nəticəsində isə 277 terrorçu zərərsizləşdirilib. Terrorçuların hinlərini başlarına uçurmuşuq və bunu davam etdiririk”, – Hulusi Akar vurğulayıb.

Teqlər: