Türkiyə 2028-ci ilə kimi ilk üçlüyə daxil olmaq istəyir – Nazir

Türkiyə 2028-ci ilə kimi ilk üçlüyə daxil olmaq istəyir – Nazir

Türkiyə hökuməti 2028-ci ilə qədər turistlərin sayına görə ilk üçlüyə daxil olmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

“Hazırda Türkiyə dünyanın ən yaxşı və ən intensiv təbliğ edilən turizm ölkəsidir. 2022-ci ildə pandemiya ilə yaxşı mübarizəmiz sayəsində biz dünyanın dördüncü ən böyük turizm məkanı olduq. Bu il ümid edirəm ki, beşinci yeri qoruyacağıq. 2028-ci ilə qədər üçüncü yeri tutmaq istəyirik”, – nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə 2028-ci ildə turizmdən 100 milyard dollar qazanmağı hesablayır.

Teqlər: