Türkiyə 17 nəfərin ölümünə səbəb olan terrorçunu məhv etdi

Türkiyə 17 nəfərin ölümünə səbəb olan terrorçunu məhv etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsinin Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının üzvü Nüsrət Tebiş zərərsizləşdirilib.

AzerTimes xəbər verir ki, o, “nöqtə əməliyyatı” nəticəsində məhv edilib.

Qeyd edək ki, Nüsrət Tebiş 2008-ci ildə Güngörəndə törədilən terrorun şübhəlilələrindəndir. Güngörəndə terrorçu bombalı hücumu nəticəsində 17 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.

Teqlər: