Türkiyə 2023-cü ildə neft və qaz yataqlarının kəşfiyyatı üçün quruda 100 quyuda qazma işləri aparmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
“Enerji sektorunun neft, təbii qaz və geotermal ehtiyatlara olan tələbatını, eləcə də sənayenin xammala olan ehtiyacını ödəmək üçün daxildə və xaricdə kəşfiyyat işləri sürətləndiriləcək. Gələn ilin sonuna qədər dənizdə qazma qurğularının sayının 26-ya çatdırılması planlaşdırılır ki, bu da dənizdə 14 qazma əməliyyatının aparılmasına imkan verəcək”, – məlumatda deyilir.