Bolsonaro uduzdu: Braziliya yeni prezidentini seçdi

Bolsonaro uduzdu: Braziliya yeni prezidentini seçdi

Braziliyada prezident seçkisinin ikinci turunun qalibi keçmiş dövlət başçısı Luis İnasio Lula da Silva olub.

AzerTimes xəbər verir ki, bu barədə məlumat Braziliya Ali Seçki Məhkəməsinin saytında dərc olunub.

“İkinci turda onu vətəndaşların 50,8%-i dəstəkləyib. O, 49,1% səs toplayan rəqibi Jair Bolsonaronu qabaqlayıb. Mütləq rəqəmlərlə desək, fərq iki milyondan çox səs təşkil edib, seçicilərin təxminən 80%-i seçkidə iştirak edib. Protokolların üçdə ikisi işlənən zaman Bolsonaro lider idi, lakin Lula da Silva ənənəvi olaraq solçu namizədlərə səs verən şimal-şərq ştatlarında və kiçik şəhərlərdə dəstək səbəbiylə boşluğu tez bir zamanda bağlayıb”, – məlumatda deyilir.

Teqlər: