Türkiyə 10 ildən sonra Misirə yeni səfir təyin etdi

Türkiyə 10 ildən sonra Misirə yeni səfir təyin etdi

Salih Mutlu Şən Türkiyənin Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.

Teqlər: