Türk tələbə Gəncədə qəzaya düşdü – Foto

Türk tələbə Gəncədə qəzaya düşdü – Foto

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.

Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkər şini partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərin birinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: