Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları Şuşada səfərdədir

Şuşa. Vüqar İmanov -Trend:

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycana Media Tur” çərçivəsində işğaldan Şuşa şəhərinə səfər edib.

AzerTimes-ın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, səfər çərçivəsində xarici jurnalistlər Birinci Qarabağ müharibəsi dönəmində ermənilər tərəfindən güllələnmiş Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün abidəsini ziyarət ediblər. Daha sonra isə Şuşa qalasında və Cıdır düzündə olublar.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Teqlər: