Türk Şurası ölkələrinin iqtisadiyyat nazirləri Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanda səfərdə olan Türk Şurası ölkələrinin iqtisadiyyat və ticarət nazirləri Şəhidlər xiyabanını ziyarət ediblər.

AzerTimes-ın məlumatına görə, qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub, daha sonra “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası və Biznes Forumu baş tutacaq.

Twitter:@cingizsafarli

Teqlər: