Türk ordusu gərgin bir dövrdən keçir – Akar

Türk ordusu gərgin bir dövrdən keçir – Akar

Ukrayna limanlarından taxıl və ərzaq mallarının daşınması planı ümumi prinsiplər üzrə razılaşdırılıb. Biz bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Çox güman ki, bu həftə bununla bağlı görüş keçiriləcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkə daxilində və xaricində göstərilən fəaliyyətlər barədə danışan nazir Akar hazırda Türkiyə Silahlı Qüvvələrinin gərgin bir dövrdən keçdiyini qeyd edib.

İndiyədək verilən bütün tapşırıqları böyük uğurla yerinə yetirdiklərini vurğulayan nazir son terrorçu məhv edilənədək fəaliyyətlərini eyni qətiyyətlə davam etdirəcəklərini deyib.

Teqlər: