Türk ordusu bu işdə xüsusilə önəmlidir

Türk ordusu bu işdə xüsusilə önəmlidir

Ukrayna taxılının Qara dəniz üzərindən ixracı məsələsi ilə bağlı Türkiyə ilə danışıqlar aparırıq və burada türk ordusu xüsusi rol oynayır.

AzerTimes xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“BMT olaraq Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğluya sıx əməkdaşlığıa görə son dərəcə minnətdarıq. Bu problemi həll etmək üçün konstruktiv şəkildə işləyirik. Detalları açıqlamayacağam, amma xarici işlər naziri BMT planından danışıb. Müxtəlif variantlar var və türk ordusunun rolu xüsusi önəmə sahibdir. Bütün tərəflərlə əlaqədəyik və Türkiyə səlahiyyətliləri bizə əlaqələrin yaradılmasında xeyli yardımçı oldu”, – deyə diplomat bildirib.

Teqlər: