
Türk Hava Yolları (THY) tələbələr üçün xüsusi səyahət kampaniyasının elan edib.
Yenicag.az xəbər verir ki, bu kampaniya çərçivəsində tələbə sərnişinlər %20-dək endirim haqqı, 40 kq baqaj haqqı, bir dəfə üçün ödənişsiz bilet dəyişiklik haqqı qazana bilir.
Əlavə olaraq tələbələr 2021-ci ilin sonunadək 25% daha çox uçuş mili qazanmaq imkanı və Xoşəldin milləri qazanır.
Bu avantajlar ilə bilet əldə etmək üçün tələbələr biletlərini 15 Fevral 2021-ci il tarixinədək əldə edə bilər. Uçuş tarixi isə 18 İyun 2021-ci ilədək seçilə bilər.
Tələbələr üçün avantajlı endirimlər kampaniya bitdikdən sonra fərqli formatda davam edəcəkdir.
Tələbə fürsətlərindən yararlanmaq üçün sərnişinlər aşağıdakı 3 addımı izləməlidir.
1. Miles&Smiles üzvü olmalıdırlar.
2. Miles&Smiles hesablarında özlərini tələbə kimi qeyd etməlidirlər. Bunun üçün Tələbə Müraciət Formu doldurulmalıdır.
3. Avantajlı biletləri almaq.
Daha ətraflı məlumat aşağıdakı linkdən əldə edilə bilər.
www.turkishairlines.com/en-int/student/
www.yenicag.az