Türkiyədə martın 10-a proqnozlaşdırılan əlverişsiz və yağıntılı
hava şəraiti səbəbindən İstanbula ediləcək bəzi təyyarə səfərləri
təxirə salınıb.
Trend xəbər verir ki, bununla bağlı Türk Hava Yolları (THY)
aviaşirkətindən açıqlama verilib.
Məlumatda qeyd edilib ki, martın 10-da İstanbulun “İstanbul” və
“Sabiha Gökçən” hava limanlarına enməsi və bu aeroportlardan
qalxması planlaşdırılan bəzi səfərlər təxirə salınıb.
THY bu aeroportlardan səfər edəcək sərnişinlərinə şirkətinin
rəsmi səhifəsindən reysləri ilə bağlı məlumat almağı tövsiyə
edib.