Çempionlar Liqası: “Bavariya” “Zaltsburq”u darmadağın edərək 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları
çərçivəsində “Bavariya” öz meydanında “Zaltsburq”u qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun meydan sahiblərinin 7:1 hesablı
qələbəsi ilə yekunlaşıb. “Bavariya”nın heyətində qolları
R.Levandovski (12, 21 və 23-cü dəqiqələr), S.Qnabri (31), T.Müller
(54, 83), L.Sane (85) vurublar. Qonaqların yeganə qolunu 70-ci
dəqiqədə M.Kyerqor vurub.


Beləliklə, iki oyunun nəticəsində görə (ilk oyun 1:1 hesablı
heç-heçə ilə bitib) “Bavariya” turnirin 1/4 final mərhələsinə
yüksəlib.

Teqlər: